“Oskar”ın növbəti təqdimetmə mərasiminin vaxtı açıqlandı

“Oskar” kino mükafatının 96-cı təqdimetmə mərasiminin keçiriləcəyi tarix açıqlanıb. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, tədbir gələn il martın 10-u baş tutacaq və “ABC” telekanalında canlı yayımlanacaq.

Nominantların yekun siyahısı isə yanvarın 24-ü açıqlanacaq.

Xatırladaq ki, builki təqdimetmə mərasimi martın 13-ü “Dolby Theatre”də keçirilib.

 


Share: