“Oskar” mükafatı laureatı vəfat etdi

Rejissor Piter Uorner 76 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Deadline məlumat yayıb. Rejissorun ölümünə səbəb ürəyində yaranan problem olub.

Dostları və həmkarları kinorejissorun xatirəsini sosial şəbəkələrdə yad ediblər. “O (Verner) böyük dost, yaxşı insan və mehriban biri idi”, – deyə ssenarist Glenn Gordon Caron bildirib.

Uorner karyerasına 1971-ci ildə başlayıb. 1977-ci ildə “Buz kənarında” qısametrajlı filminə görə Oskar qazanıb. Onun filmoqrafiyasında 86-dan çox əsər var. Onların arasında “Moonlight” detektiv agentliyi”, “Medium”, “Bull”, “Grimm”, “Elementary”, “Ghost Whisperer” kimi layihələr yer alıb.

Оскароносный режиссер Питер Уэрнер умер на 77-м году жизни

Share: