Orxan Camalın nəşi Parisə gətirildi

Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonun cəsədləri təyyarə ilə Parisə çadırılıb. Bu barədə “Russian Today” xəbər verib.

Cəsədlər oradan başqa təyyarə ilə Moskvaya daşınacaq. Təyyarənin Rusiya paytaxtına avqustun 5-nə keçən gecə çatacağı gözlənilir.

Xatırladaq ki, iyulun 31-də MAR-da jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonun öldürüldüyü məlum olub. Onların pusquda olan yerli silahlı qruplaşma üzvləri tərəfindən vurulduğu ehtimal edilir.

Müstəqil.Az 

Share: