Orxan Əsgərovun dəfn tarixi müəyyənləşdi

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror zamanı şəhid olan Orxan Əsgərovun dəfn tarixi müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Orxan Əsgərovun cənazəsi Bakıya gətiriləndən sonra Təzəpir məscidinə aparılacaq, daha sonra ailəsinə təhvil veriləcək. 

Dəfn mərasimi yanvarın 30-da keçiriləcək.

Şəhidimiz II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhidin nəşini gətirən təyyarə artıq Bakıya yola düşüb.

Nizam Rza


Share: