Orucluları tox saxlayacaq şirniyyat resepti – HƏKİM MƏSLƏHƏTİ

Ramazan ayının yay fəslinə təsadüf etməsi, orucun təxminən 17 saata yaxın olması aclıq və susuzluğu daha çox hiss etdirmiş olur. Mütəxəssislər hesab edirlər ki, oruc tutanların özlərini daha gümrah hiss etmələri üçün iftar süfrələrininin dəyərli qidalarla zəngin olması vacibdir. Ramazan ayında yetərli və keyfiyyətli qidalanmaq zəruridir.

Həkim-fitoterapevt Sadıq Salami Metbuat.az-a orucluları tox tutacaq şirniyyat resepti təqdim edib. Resepti tərkibi 0.5 kiloqram xurma, ərik qurusu 0.250 kiloqram, kişmiş 0.250 kiloqram, 2 ədəd portağal qabığı, 0.5 kiloqram günəbaxan tumlarının ləpəsi, 0.5 kiloqram qoz ləpəsi, 0.250 kiloqram küncütdən ibarətdir. Zövqə görə hil və keşniş toxumları əlavə etmək olar. Bütün komponentlər üyüdülüb, qatılır halva halına salınır. Bu qida doyumlu qidadır, toxluq hissi yaradır, köpmə, qıcqırma və qəbizlik yaratmır. İftarda və ya imsakda yeyə bilərsiniz.

Share: