Ordumuz gəlir, yığışın və oranı tərk edin – Ərdoğan

Dünənə qədər qəddar zalımın adı İŞİD idi, bu gün YPG/PYD-dir.

Müstəqil.Az  xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İŞİD-ə nə etdiksə, bu terror təşkilatına da eyni şeyi edəcəyik və mütləq YPG-ni sərhədlərimizdən uzaqlaşdıracağıq. Bütün region bu həqiqəti qəbul etməlidir. Biz çox qısa zamanda bu terror təşkilatının başına çökəcəyik. Tələb edirik ki, bu prosesdə heç kim ayağımıza dolaşmasın. Dəfələrlə xəbərdarlıq etmişik ki, biz gələcəyik. Ona qədər siz hər şeyinizi götürərək, oranı tərk edin”, – Ərdoğan bildirib.

Müstəqil.Az 

Share: