Oqtay Əliyevin yer aldığı son layihə — Video

Mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin yer aldığı son layihənin anonsu yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, o, axırıncı dəfə ARB TV-nin “Aclıq oyunları” proqramında iştirak edib.

O. Əliyev sözügedən layihədə sonuncu dəfə məşhur “mən “hə” deyirəm” ifadəsini işlədib.

Xatırladaq ki, O. Əliyev martın 22-si avtomobil qəzasında həyatını itirib. Saray yolunda qeydə alınan sözügedən qəzada xəsarət alan Əməkdar artist Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, Xalq artisti Mehriban Zəki isə xəstəxanada müalicəsini davam etdirir. 


Share: