“Oppenheimer”in posteri işıq üzü gördü

21 iyulda ekranlara çıxacaq ssenari müəllifi və rejissoru Kristofer Nolanın olduğu “Oppenheimer” filminin əsas posteri tamaşaçılara təqdim edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, İMAX-da çəkilən bu epik trillerdə tamaşaçılar dünyanı xilas etmək üçün onu yol eləmək riskini gözə alan sirli bir adamın paradoksuna şahidlik edəcək.

Filmdə baş rolu tamaşaçıların “Peaky Blinders” serialından tanıdıqları irland aktyoru Killian Mörfid canlandırıb. Eyni zamanda, filmdə Emili Blant, Mett Deymon, Robert Douni kimi aktyorlar da rol alıblar.

Xatırladaq ki, film Kay Börd və mərhum Martin C. Şervinin Pulitzer mükafatı qazanmış “Amerika Prometeyi: C. Robert Oppenheymerin zəfəri və faciəsi” kitabına əsaslanır.

Share: