“Oppenheimer” Kristofer Nolanın ən uzun filmi olacaq

Rejissor Kristofer Nolan Games Radar- a müsahibəsində onun yeni “Oppenheimer” filminin kinematoqrafın filmoqrafiyasında ən uzun film olacağı ilə bağlı şayiələri təsdiqləyib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, rejissor lentin dəqiq müddətini açıqlamasa da, onun 3 saatdan çox çəkəcəyini qeyd edib.

“Oppenheimer”, amerikalı fizik və atom bombasının ixtiraçısı Robert Oppenheimerin həyatından bəhs edir. Onu bu filmdə “Peaky Blinders” və “28 Days Later” filmlərinin ulduzu Killian Mörfi canlandırıb. Filmdə həmçinin Emili Blunt , Matt Damon , Gary Oldman, Rami Malek də rol alırlar.

Qeyd edək ki, filmin nümayişi bu ilin 21 iyuluna planlaşdırılır.

Оппенгеймер". Кристофер Нолан снимает фильм о знаменитом физике. - Новости  - Кино - РЕВИЗОР.РУ

Share: