“Oppenheimer” filmindən yeni rekord

“Oppenheimer” filmi bioqrafik filmlər arasında rekorda imza atıb.

Kulis.az kinonews.ru saytına istinadən xəbər verir ki, film ölkəsindəki nümayişlərdən 80,5 milyon dollar gəlir əldə edib.

Dünya miqyasında isə “Oppenheimer” 174 milyon dollar gəlir əldə edərək bioqrafik filmlər arasında yeni rekorda imza atıb. Buna qədər rekord 2018-ci ildə 124 milyon dollarla“Bohemian Rhapsody” filminə məxsus idi.

Qeyd edək ki, “Oppenheimer” filmi ən azı 55 ölkədəki uğurlu debütünə görə Kristofer Nolanın ən böyük layihəsinə çevrilə bilib.

Share: