Opera müğənnisi vəfat etdi

İtaliyalı opera müğənnisi və aktrisası İrma Kapeçe Minutolo 87 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.

Minutolo 6 avqust 1935-ci ildə Neapolda anadan olub. Opera müğənnisi kimi fəaliyyətə başlayıb.

Kapeçe Minutolo opera karyerası ilə yanaşı, “Milanda Neapol”, “Siamo Ricci və İnan”, “Gənc Toskanini”, “Boom” bir neçə filmdə rol alıb.

16 yaşından Misir kralı I Faruk ilə münasibətdə olub. Tədqiqatçılar onun kralla evliliyi faktını şübhəli hesab ediblər.

“Time” jurnalı kralın sağlığında müğənnini Farukun sevgilisi kimi göstərib.

Share: