Onur Ünlünün yeni filmi təqdim olundu

Məşhur rejissor Onur Ünlünün yeni filmi Antalya “Altın Portakal” Film Festivalında təqdim olunub.

Kulis.az NTV-yə istinadla xəbər verir ki, rejissorun yeni filmi “Bomboş” adlanır.

Filmdə Hazar Ergüçlü, Serkan Keskin, Settar Tanrıöğen və başqa məşhur aktyorlar oynayır.

Absurd dram janrında çəkilən film bir fotoqrafın səyahəti vaxtı qarşılaşdığı cinayətdən bəhs edir.

Share: