“Onsuz da seçli ərəfəsində…”

“Onsuz da seçki ərəfəsində partiyalar birləşməyə, müəyyən bloklar yaratmağa məcburdurlar. “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışımda da bundan sonra yaranan, yeni siyasətə atılan partiyaların birləşməsini nəzərdə tutmuşam. Bəzən bir-birinə çox yaxın olan insanlar bir partiya yaratmaqdansa, hərəsi ayrı partiya yaradır. Siyasi partiyaların birləşməsini də bu mənada demişəm. Partiyaların birləşdirilməsi məcburiyyət, yaxud şərt deyil, ümumi deyilmiş nəzəri fikirdir, gələcək üçün bir arzudur. Kim buna uyar, kim uymaz, öz işidir…”

Müstəqil.Az bildirir ki bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.
Deputat VHP-yə gələcəkdə hansısa partiyanın birləşmə ehtimalının olub-olmadığına da münasibət bildirib: “Vətəndaş Həmrəyliyi Partiyasına da birləşmək barədə dəfələrlə müxtəlif müraciətlər olub. Uyğun görməyəndə razılıq verməmişik. Bu, ümumi siyasi xəttin, məqsədlərə münasibətin, keçilən yoldakı təcrübələrin əsasında qəbul edilir”.
S.Rüstəmxanlı VHP-yə birləşməklə bağlı müraciət edən partiyaların adlarını isə açıqlamaq istəməyib

Müstəqil.Az

Share: