Onkoloji xəstəlikdən əziyyət çəkən əməkdar artist köməksiz qalıb…

 
Azərbaycan Respublikasının əməkdar artisti, Opera və Balet Teatrının sütunu, səhnəmizin Ərəbzəngisi Sahibə Əhmədova onkoloji xəstəliklə mübarizə aparır.
Xəstəliyi ilə bərabər ayaqlarında ciddi problemlər yaranıb. Ayaqlarında şişkinlik yarandığından yeriməkdə çətinlik çətir. Sahibə xanımın ciddi qayğıya ehtiyacı var.
Sənətkarımız maddi durumu olmadığı üçün 1 ildir ki, müalicəsini davam etdirə bilmir. Onkoloji xəstəlik isə maddiyyat gözləmir. Öz axarında davam edir..
Əməkdar artistin sağlamlığına qovuşmasının ilk yolu normal şəraitli evdən başlayır. Belə ki, Sahibə xanım oğlu ilə birlikdə kiçik bir yataqxana otağında yaşayır (əgər ona yaşamaq demək olarsa). Sahibə xanıma ciddi qulluq lazımdır, evsiz olduğundan oğlunu evləndirə bilmir, nə də kirayə yaşaması üçün maddi durumu uyğun deyil.
Bu gün acınacaqlı durumda yaşayan, səhhəti və maddi sıxıntı qarşısında aciz qalmış əməkdar artistin – Ərəbzəngimizin hamının dəstəyinə böyük ehtiyacı var. İmkan verməyək ki, Azərbaycan mədəniyyətinin böyük sənətkarı qayğısızlığın qurbanı olsun…
Diqqətdən kənarda qalan, efirlərin qapısı üzünə bağlı qalan, yataqxanada məskunlaşan sənətkarı hamının dəstəyilə yaşadaq.
Hôrmətli Media, QHT nümayəndələri, sənətkarımızın acınacaqlı durumunun ölkə başçısı İlham Əliyev Cənablarının xəbərdar olması üçün əməkdar artistə dəstək olaq…
Qabil Ədalət
Müstəqil.Az
Sin descripción disponible.
Share: