On zəlzələ bölgəsinin bir mənzərəsi… — Hüznlü fotolar

Ötən gün Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində ölkənin 10 əyaləti təsirlənib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.

Zəlzələdən zərər görən həmin əyalətlərin fotolarını təqdim edirik:

Xatırladaq ki, ötən gün Türkiyənin Kahramanmaraş şəhərlərində səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günorta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb.

Hazırda həlak olanların sayı 2 921, yaralananların sayı isə 15 834 nəfərə çatıb.


Share: