“Ömür salnaməsinin 60 illik yubiley gecəsi keçirilirdi müasir Azərbaycan poeziyasının tanınmış simalarından olan Qəşəm Nəcəfzadənin…”

Şairlər  doğulur  İşıqlar  kimi…

Dünyanın  dərdləri  çoxalıb  nədi?

Dünyaya  bir  belə  şairlər gəlir.

Şairlər  doğulur  işıqlar  kimi,

Gecə  işıqları  yeyə  bilməyir.

Şairlər  yaşayıb  dərdi  qurtarır,

Dərdlər  şairləri  yeyə  bilməyir.

 

Sözün sehrindədir şairin ruhu. Damla-damla hopur keçir. Hər oxuyan, hər  qavrayan, dönür, bir də, baxır,  keçir…

Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində müntəzəm olaraq kütləvi tədbirlər təşkil olunur ki, bu tədbirlər rəngarəngliyi ilə oxucuların, ziyalı qurupunun, məktəblilərin, necə deyərlər hər yaşda  olan insanların hədsiz marağına səbəb olaraq  yaddaşlarda iz qoyur. Belə tədbirlərdən biri də 26 Aprel 2019- cu il tarixinə planlaşdırılmışdır.

Ömür salnaməsinin 60 illik yubiley gecəsi keçirilirdi müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan, “Əməkdar Mədəniyyət işçisi”, “Rəsul  Rza”mükafatı  laureatı şair, publisist Qəşəm Nəcəfzadənin.

Bu görüş  münasibətilə  rayonumuza üz tutan hörmətli şairimiz ilk olaraq Neftçala rayonunun Salyan rayonu il sərhəd ərazisində yerləşən  Aşağı Surra kənd məktəbində qonaq olmuş, məktəblilərlə, müəllim kollektivi ilə görüşərək hazırlanmış ədəbi kompozisiyanı dinləmiş, minnətdarlığını bildirmişdir. Şagirdlərdən  Sonaxanım  Nağızadə, Fərhad Nağızadə, Əminə Ağalarova, Samirə Rəhimova, Nigar Əliyeva, Nərgiz Əliyevanın söylədikləri şeirlər alqışalarla qarşılanmışdır. Daha  sonra hörmətli şairimiz Qəşəm Nəcəfzadə  qonaqlarla – Xalq qəzetinin əməkdaşı İlqar Həsənov, AYB-nin üzvü,  şairə Nuranə Nur, AYB-nin üşvü, şairə Fərqanə  Mehdiyeva,  AYB –nin üzvü, şair Faiq Balabəyli, AYB-nin –üzvü, şair Elnur Uğurla birlikdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyevlə görüşmüşdür. İsmayıl müəllim şairi  yubileyi münasibətilə təbrik etmiş, yaradıcılıq uğurları diləmişdir.

Mərkəzi  kitabxanada  şairi  intizarla  gözləyən tədbir iştirakçıları Qəşəm Nəcəfzadəni  alqışlarla  qarşıladılar. Burada  şairin  yubileyi münasibətilə “Şairlər doğulur  işıqlar kimi” başlığı ilə  kitab sərgisi təşkil olunmuş,  həyat  və  fəaliyyətini əks etdirən buklet  hazırlanmışdır. Tədbirin  aparıcısı  Mehriban Əbilovanın təqdimatı  ilə  başlayan  görüş, daha sonra kitabxananın “Resurs” şöbəsi  tərəfindən hazırlanmış “video-çarx” la  daha  da qüvvətləndi. Kitabxananın direktoru  Gülnarə  Qasımova şairi  kollektiv adından 60 –illik  yubileyi münasibətilə  təbrik  edərək, hədiyyə və gül dəstəsi təqdim etdi.Tədbirdə kitabxananın  oxucularından  olan  Neftçala  şəhər Milli Qəhrəman Samid  İmanov adına 1 saylı orta məktəbin şagirdlərindən Fatimə Kərimova, Sadiq Əliyev, Miranə Babayeva, Mirməmməd Mirələkbərli, Cavanşir Tarverdilinin söylədikləri şeir nümunələri  iştirakçılar  və qonaqlar  tərəfindən  alqışlandı. Tədbirdə iştirak  edən  şair  və  yazarlardan   Nəbi  İbrahimli , İlqar  Həsənov, Faiq Balabəyli, Fərqanə Mehdiyeva,  Nuranə Nur,  Zabil  Pərviz, Cəmaləddin  Əjdəroğlu, Müzəffər  Məzahim,  Elnur Uğur, Zərxanım Ülvi,  İmamverdi  Zeynalov,  Fərhad  Əzizov, Bədirə  Rza  Həsənqızı  şairi  təbrik  edərək, can  sağlığı,  yaradıcılıq  uğurları  dilədilər. Təbriklərdən sonra  Neftçala  Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və  humanitar  məsələlər  şöbəsinin  müdir  müavini  Vasif  Əliyev şairə İcra Hakimiyyətinin  başçısı İsmayıl Vəliyevin hədiyyəsini təqdim etmişdi.

Tədbirin  sonunda çıxış edən sair Qəşəm Nəcəfzadə səmimi ünsiyyəti ilə demək olar ki,  hər kəsin  bir daha  rəğbətini qazandı. 2019 –cu  ildə çap olunmuş “Barış” kitabından  kitabxanaya  və  əməkdaşlara  hədiyyə  etdi.

Şairin  çıxışını  maraqla  dinləyən  tədbir  iştirakçıları onu  səmimi münasibətə,  fərqli  mövzuda  söylədiyi şerlərə  görə bir daha alqışlayaraq can sağlığı, yaradıcılıq  uğurları  dilədilər.

Ayın  üz-gözündə  baxtıma  baxdım,

Gün gələr mənim də açılar baxtım.

Yeyilən, içilən, danılan  haqqın,

Sən  kənarındasan, mən  ortasında.  (Qəşəm Nəcəfzadə)

 

Bədirə Həsən qızı Niftaliyeva—-  Neftçala  rayon   Mərkəzi  kitabxanasının “Metodika və  biblioqrafiya”         şöbəsinin  müdiri.

 

 

Share: