“Ömür boyu “Nə oldu Paşinyan?” sözünü eşidəcəksiniz…”

“Siyasi təfəkkür” ictimai təşkilatının rəhbəri, erməni politoloq Narek Samsonyan baş nazir Nikol Paşinyanın koronavirusla əlaqədar özünü cəmiyyətdən təcrid etməsinə münasibət bildirib.

Erməni politoloq baş nazirin tezliklə ömürlük izolyasiya olacağına əminliyini ifadə edərək Nikol haqqında Azərbaycan dilində məşhur olmuş ifadəni işlədib.

“Ömür boyu özünü təcrid etməyə ehtiyacın olacaq. Amma bunu uzun müddət gözləməyəcəksən, tezliklə ömürlük təcrid olunacaqsan. Sənin və arvadının öldürdüyü 5 min gəncin səsindən özünüzü “təcrid” edə bilməyəcəksiniz. Siz on minlərlə evsiz qalan şəxsin səsindən özünü “təcrid” edə bilməyəcəksiniz. Bütün həyatınız boyu və əlbəttə ki, ondan sonra da əziyyət çəkəcəksiniz. Daim özünüzə doğma olan dildə (Azərbaycan dili-red) bu sözləri eşidəcəksiniz – “Nə oldu Paşinyan?”, – politoloq əlavə edib.

Müstəqil.Az

Share: