“Omikron”a görə dərslərin onlayn keçirilməsinə ehtiyac varmı? – SORĞU

Azərbaycanda koronavirusun (COVİD-19) “omikron” ştammı sürətlə yayılmaqdadır.

Rəsmi məlumata görə, hər gün ölkəmizdə minlərlə insan virusa yoluxur, onlarla şəxs pandemiyanın qurbanı olur.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son açıqlamasına əsasən, hazırda Azərbaycanda 43 mindən çox aktiv koronavirus xəstəsi var. Mütəxəssislər hesab edirlər ki, qarşıdakı günlərdə sutkalıq yoluxma sayı daha da artacaq. Maraqlıdır ki, hökumət hələ ki virusun genş yayılmasının qarşısını almaq üçün heç bir addım atmır. Bu isə yoluxanların əlavə xərcə düşməsinə və bəzilərinin ölümünə belə səbəb olur.

Budur ki, bir çoxları hesab edir ki, hökumət ən azından insanların daha çox toplandığı təhsil müəssisələrinin bağlanmasına, distant (onlayn) tədrisə keçidə qərar verməlidir.

Müstəqil.Az

Share: