Ölkəmizin “Avroviziya 2023″dəki mahnı və klipi bu gün nümayiş olunacaq

Azərbaycanın “Avroviziya 2023” Beynəlxalq Mahnı Yarışmasındakı mahnısı və klipi bu gün saat 19:00-da nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, bu barədə 13 mart tarixində APA İctimai Televiziyaya istinadən məlumat verib.

Qeyd olunub ki, mahnının adı “Tell me more”dir.

Ölkəmizi bu il müsabiqədə TuralTuranX dueti təmsil edəcək.

Müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Share: