“Ölkəmizin ərazisini işğal etməyə hazırlaşırlar” — Belarus Prezidenti

“Polşada Belarusda baş verəcək növbəti çevriliş üçün müəyyən alaylar və bannerlərin formalaşması prosesi gedir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Milli Assambleyaya müraciəti zamanı deyib.

O bildirib ki, rəsmi Varşava fəal şəkildə hərbi potensialını və silahlı qüvvələrinin sayını artırır.

Lukaşenko əlavə edib ki, Belarus kəşfiyyatı ölkəyə hücumun hazırlanması ilə bağlı faktlar əldə edib.

“Orada (Polşada) Belarusda növbəti çevriliş üçün müəyyən alayların, bannerlərin formalaşması sürətlə gedir. Vaxt gələcək, biz hər şeyi ortaya qoyacağıq. Bu gün vaxt deyil. Ölkəmizi məhv etmək üçün Belarus ərazisini işğal etməyə hazırlaşırlar”, – deyə Lukaşenka bildirib.

Lukaşenka vurğulayıb ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak qapalı iclasda Belarusda “ikinci cəbhə”nin açılması üçün kampaniya aparıb. Sonra o, ABŞ ordusunun general-mayoru Cozef Makqinin sözlərini sitat gətirib və Rumıniyada yerləşən Amerikanın 101-ci Hava Desant Divizionunun “Belarus ərazisindəki strateji nöqtələri işğal etməyə hazır olduğunu” bildirib.

“Bunlar sadəcə bir neçə sitatdır, kəşfiyyatımızın əldə etdiyi bir neçə faktdır”, – deyə Belarus lideri vurğulayıb.


Share: