Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 101 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 21, ikinci doza üzrə 66 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 12 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfər təşkil edib.


Share: