Ölkədə nə qədər qəzalı məktəb var?

“Azərbaycanda 800-dən çox məktəb qəzalıdır. Lakin bunları eyni gündə təmir etmək mümkün deyil”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, proses mərhələli şəkildə həyata keçirilir:

“Azərbaycanda hər dörd məktəbdən üçü təmirlidir və yaxşıdır. İl ərzində çalışırıq ki, 100 məktəb təmir olunsun. Hər regionda bir məktəbin təmir olunmasına çalışırıq. Ən böyük və daha pis vəziyyətdə olan məktəblərin təmir edilməsindən başlayırıq”.

İlhamə Əbülfət

Share: