Ölkə üzrə 113 min ağac əkilib

“Payız əkin mövsümü başlayandan ölkə üzrə ümumilikdə 113 000 ağac əkilib, 8500 kiloqram toxum səpilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, ağacəkmə tədbirlərində əkilən ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tinglik sahələrində yetişdirilir:

“Təqdirəlayiq haldır ki, son illər dövlət və özəl qurumlar da peşə bayramlarını, əlamətdar və xüsusi günlərini ağacəkmə aksiyaları ilə qeyd edirlər. Keçirilən genişmiqyaslı ağacəkmə tədbirləri, eyni zamanda iqlim dəyişikliklərinə qarşı mübarizədə böyük rol oynayır, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına  və ölkəmizin qoşulduğu təşəbbüslərə öz töhfəsini verir”.

İ.İbrahimova qeyd edib ki, payız ağac əkini ilə əlaqədar Bakı və Abşeronda, eləcə də, bütün regionlarda genişmiqyaslı ağacəkmə tədbirləri davam edir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilir, toxumlar səpilir.


Share: