Ölkə əhalisinin sayı AÇIQLANDI

Ölkə əhalisinin sayı ilin əvvəlindən 56292 nəfər və ya 0,6 faiz artaraq 2020-ci il dekabr ayının 1-i vəziyyətinə 10123400 nəfərə çatıb.

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.

2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 61147 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.

2020-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydə alınan miqrasiya saldosu açıqlanıb. Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1516 nəfər gələn qeydə alınıb.

Azərbaycandan isə 531 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 985 nəfər təşkil edib.(Modern.Az)

Share: