Oksfordda güclü partlayış olub – VİDEO

Britaniya Oksfordu ərazisində güclü partlayış baş verib.

Hadisə bölgənin şimalında, Kassinqtondakı Severn Trent elektrik stansiyasında yaşanıb.

Müəssisədən bioqaz çənlərinin partladığı, ölən və yaralananların olmadığı bildirilib. 

Qeyd edək ki, Severn Trentdə qida tullantıları emal edilərək bioqaz halına gətirilir.

Ərazidə elektrik enerjisinin kəsildiyini qeyd olunur.

Mənbə: mk.ru

Share: