Okeaniyada 50 nəfəri daşıyan bərə yoxa çıxıb

Yeni Zelandiya və Kiribati Respublikasının xilasedici qüvvələri Sakit okeanda yoxa çıxan, göyərtəsində 50 nəfərin olduğu bərənin axtarışını aparır.

RİA “Novosti” xəbər verir ki, yanvarın 18-də Nonouti adasından çıxan bərə iki gün sonra Kiribatinin paytaxtı Tarava şəhərinə çatmalı idi.

Yanvarın 20-də yerli hökuməti tərəfindən başlanılan axtarış-xilasetmə əməliyyatına bu həftə Yeni Zelandiyanın Xilasetmə Xidməti qoşulub.

Müstəqil.Az

Share: