Oğuzda 66 yaşlı kişi çayxanada bıçaqlandı

Oğuzda 66 yaşlı kişi çayxanada bıçaqlanıb.

“Report”un məlumatına görə, rayonun Bayan kəndi ərazisində yerləşən çayxanada 1957-ci il təvəllüdlü Bəxtiyar Yusub oğlu Həsrətov boyun nahiyəsindən bıçaq xəsarətləri alıb.

66 yaşlı B.Həsrətov Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Rəşad Davud oğlu Manafov saxlanılıb, məhkəmə tibbi ekspertizası təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Share: