Oğuz sakini Rusiyada zəhərlənərək ölüb

Oğuz rayon Padar kənd sakini, 2000-ci il təvəllüdlü Peyman Xanlar oğlu Xəlilov Rusiyanın Tver vilayətindəki restoranlardan birində qidadan zəhərlənərək ölüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Peyman Xəlilov və 3 dostu onun doğum gününü qeyd edərkən zəhərləniblər.

Xəstəxanaya çatdırılan P.Xəlilov və dostu bu gün günorta saatlarında göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, həyatlarını itiriblər. Digər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.

P.Xəlilovun meyiti Azərbaycana gətirilərək Padar kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Share: