Oğlu öldürülmüş atanın Mehriban Əliyevaya açıq məktubu

Xəbər verdiyimiz kimi Bakı şəhər, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 18,mənzil 11 ünvanında  yaşayan Hüseynov Bəybala Qaraş oğlu Respublika Baş Prokurorluğu yanənda Korrupsiyaya qarşı mübarizə idarəsinion əməkdaşı olmuş oğlu  Hüseynov Emin Bəybala oğlunun sifarişli qətli ilə bağlı iddialar irəli sürür. İddialarında bir çox məsələlərə toxunur ki, hər biri haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə cinayət işi açıla bilər. 

Hüseynov Bəybala  oğlunun qətlinin araşdırılması və cinzayəti sifariş verənlərin cəzasını akması üçün ölkə başçısına, və digər əlaqədar təşkilatlara dəfələrlə müraciət etsədə heç nəyə nail ola bilməməsini də deyir.
Hüseynov Bəybala Qaraş oğlunun Müstəqil.az-ın elektron poçtuna Azərbaycan Respublikasının birinci xanımı və vitse – prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı növbəti müraciətini – açıq məktubunu yollayıb. Məktub-müraciəti olduğu kimi yayınlayırıq.

 

“AZƏRBAYCAN RESPUBLİKASININ

BİRİNCİ  XANIMI  VƏ VİTSE-PREZİDENTİ 

MEHRİBAN XANIM ƏLİYEVA

 

                                                                                      A Ç I Q    M Ə K T U B

 

HÖRMƏTLİ MEHRİBAN ARİF QIZI!

Bir daha yazaraq bildirmək istəyirəm ki, bu gün ölkə ictimaiyyətinin və eləcə də dünya ictimaiyyətinin gündəmini zəbt edən , oğlum Hüseynov Emin Bəybala oğlunun sifarişli qətli ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, Sizə, Baş Prokurorluğa müraciətim cavabsız qalmaqdadır. Nəhayət ki, iki ildən sonra Baş Prokurorun birinci müavini Rüstəm Usubov məni qəbul edərək bildirdi ki, “Mənim bu günə qədər bu məsələdən xəbərim olmayıb”  və eləcə də Sizi də bu məsələ ilə bağlı məluatlandırmayıblar. Amma belə hal dövlətə qarşı təxribat, insanları ölkə rəhbərinə qarşı qaldırmaq və eyni zamanda Sizin gördüyünüz böyük işlərə kölgə salmaq deməkdir. Hakimiyyət belə məmurlardan təmizlənməlidir.

Mən bu hakimiyyəti dəstəkləyən bir vətəndaş kimi çox təəssüf edirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda olan qanunsuz fəaliyyət və eyni zamanda bu qurumda törədilmiş cinayətlər barəsində mətbuat vasitəsi ilə bütün ictimaiyyəti  məlumatlandırdım və davamlı olaraq məlumatlandıracağam. Ona görə ki, oğlumun qətli ilə bağlı saysız-hesabsız müraciətlərimə münasibət bildirən yoxdur.

Oğlumun ölümünə gedən yol işə qəbulu zamanı çarəsiz qalıb verdiyim 200 000,00 (iki yüz min ) ABŞ dolları məbləğində rüşvət  və bu rüşvətə görə işə qəbulu zamanı edilmiş qanunsuzluqdur. Əsas məqsəd işə qəbulu zamanı alınmış 200 000,00 (iki yüz min ) ABŞ dolları məbləğində rüşvətin ört-basdır edilməsi və işə qəbuldakı qanunsuzluğun izini itirmək olmuşdur.

Baş Prokurorun birinci müavini Rüstəm Usubov ilə görüşdən sonra  Baş Prokurorluqda beynəlxalq əlaqələr üzrə şöbənin işçisi Fərizə xanımın telefon vasitəsi ilə verdiyi məlumata görə , mənim müraciətim ilə əlaqədar olaraq Türkiyə Dövlətinə təkrar müraciət ünvanlanmışdır və eləcə də Türkiyə Baş Prokurorluğundan bu məsələnin araşdırılması ilə bağlı köməklik məqsədi ilə bir müstəntiq də ezam olunmasını xahiş etmişik.

 

Bu müstəntiq mənim müraciətim üzrə Baş Prokurorluqda baş verən korrupsiya əməlinə və törədilmiş cinayətə aydınlıq gətirmək məqsədi ilə birgə fəaliyyətimiz olacağını bildirdi. Bu məsələ nə qədər doğrudur, bilmirəm. Amma həmin müstəntiq korrupsiya ilə bağlı ifadəni Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevdən və eləcə də işə qəbuldakı qanunsuzluğu Baş Prokurorun rəhbəri Zakir Qaralovdan necə soruşacaqdır. Bu mümkün də deyil, belə bir yalan məlumatı 2017-ci ilin dekabr ayında  da göndərliklərini telefon vasitəsi ilə bildirmişdirlər. Bu günə qədər belə bir fakt yoxdur.

Bu məsələ bu günə qədər Baş Prokurorluğun beynəlxalq əlaqələr şöbəsinin müdiri Erkin Əlixanov tərəfindən gizli saxlanılmış, bunu gizli saxlamaqda hansı məqsədi olduğunu açıqlamalıdır. Bu günə qədər bu cinayət işinin bağlı qalması bilavasitə onun ilə bağlıdır. Bu çirkin əməllərinə görə , insanlığa sığmayan törədilmiş qətldə mən birbaşa Baş Prokurorluğu ittiham edirəm, və bu günə qədər də Baş Prokurorluğun açıqlama verməməsi də hadisəyə bağlılığından birbaşa xəbər verir.

Qətlə yetirilən Baş Prokurorluğun əməkdaşı , ittiham olunan Baş Prokurorluqdursa, onların bu məsələ ilə bağlı  doğru  açıqlama verməsi və araşdırılması, Baş Prokurorluq  tərəfindən mümkün deyildir.

Odur ki, bu cinayət işinin  araşdırılması Dövlət Təhlükəsizlik Xidmətinə verilməsi qanunauyğun olardı.

Hörmətli Mehriban Xanım Arif qızı!

Bu məsələnin araşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə xüsusi tapşırıq verməyinizi bir çarəsiz ata kimi Sizdən artıq dərəcədə xahiş edirəm. Mən Sizə inanıram və güvənirəm ki, hamının problemlərinə biganə qalmadığınız kimi, mənim  tək və gənc oğlumun qətlinə biganə qalmayacaqsınız.

               Hörmətlə,

  Hüseynov Bəybala Qaraş oğlu “

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: