“Odur Azərbaycana göylərdən enən mələk – Yorulmasın qanadı!”-Şair Adilə Nəzərdən birinci xanımın ad gününə…

Azərbaycanıın birinci xanımı Mehriban Əliyevanı 55 illik yubileyi münasibətilə təbrik edirik! Can sağlığı, Azərbaycan xalqına şərəfli xidmətində uğurlar arzulayırıq!
 
Vətəninə, elinə, obasına yararlı,
Sadədir, mehribandır, həm də uca, vüqarlı.
Sağlam, dürüst bir nəsil yetirməyə qərarlı,
Alqışlarım onadır!
 
Hər əməldə, hər işdə öz xalqını düşünən,
Xoş günlərə inamlı, parlaq sözlər danışan.
Gəzən açıq alınla, gəzən uca başınan –
Qu gölündə sonadır!
 
Keyfiyyətli təhsildən gələn onun səsidir,
Mənəviyyat düsturu, həm əxlaq simgəsidir.
Gəncliyin nəzərində həyat güvəncəsidir, –
Oxumaqdan yanadır!
 
(Bilir ki, cahil olmaq yarım olmaq deməkdir,
Yarımçıq adamlara zəhmət boşa əməkdir.
Çarə elm ilə önə, irəli yürüməkdir –
Tarix bizi sınadı..)
 
Muğama həyat verdi, ruh verdi təblilərə,
Milli dəyərlərilə ucaldı qəlbilərə…
Uşaqlara, gənclərə – bütün məktəblilərə,
O, şəfqətli anadır!
 
Haqq kimi dayağı var, yetməz ona hər külək,
Alqış onun dilində xoş arzudur, saf dilək,
Odur Azərbaycana göylərdən enən mələk –
Yorulmasın qanadı!
 
Adilə Nəzərova
Filologiya üzrə fəlsəfə doktoru,
ARTİ-nin aparıcı elmi işçisi.
Share: