Obameyanq rəsmən “Çelsi”də

Pyer-Emerik Obameyanq İngiltərənin “Çelsi” klubuna transfer olunub.

Müstəqil.Az xəbər verir ki, bu barədə məlumatı London təmsilçisi açıqlayıb.

Məlumata görə, 33 yaşlı qabonlu ilə 2 illik müqavilə imzalanıb. Hücumçunun transferi üçün ingilislər Kataloniya təmsilçisinə 12 milyon avro ödəyib.

Qeyd edək ki, Obameyanq 2018-ci ildən 2022-ci ilin yanvarına qədər İngiltərə “Arsenal”ında çıxış edib.

Müstəqil.Az

Share: