“O qanlı gecədə tarix yenə də, Yazdı Şəhid adın salnaməsində…”- Bədirə Rza Həsənqızı yazır…

(Bədirə Rza Həsənqızı)
 
Adına İbrahim demişdi ata…
 
(1995-ci il 31 mart tarixində Neftçala rayonunda dünyaya göz açan, 19 yanvar 2018 cil tarixində Ağdamda qəhrəmancasına şəhid olan, 20 yanvar tarixində Vətən torpağına qovuşan Milli Aviasiya Akademiyasının məzunu Manafov İbrahim Möhsüm oğlunun əziz xatirəsinə)
 
Can dedik adına, hər zaman Vətən,
Güləcək zəfərdən bir gün çöl-çəmən!
Odlar ölkəsidir Azərbaycanım,
Köynəyi od olan alacaq qanın!
 
Vətən sevgisilə doğulan kəsin,
Sorağı eldədir, yaşadar səsin.
Nə çoxdur sevənim torpağı sonsuz…,
Şəhiddir övladı…o pak, günahsız…
 
Ədalət hökmünü verəcək zaman,
Alacaq qisasın soysuz dığadan.
Canından əzizdi müqəddəs ocaq,
Qanıyla qorudu, bilir bu torpaq!
 
Tanrı görüb qəlbin, ürəyin inan,
O Şəhid balanın diləyin hər an!
Milyon vətənsevər övladdan biri,
O öndə olardı, qalmazdı geri.
 
Zəkası işıqdı, biliyi qüvvət,
Bacarıq, səriştə, özü həqiqət.
İmanlı gənc idi, Allahı sevər-
Əhli-beyt aşiqi düz yolu seçər!
 
Bax, onun könlündən açıb söhbəti,
Yazım qəlbindəki böyük vəhdəti!
Nə idi qəlbini sıxan, incidən,
Təbəssüm tərk etmiş üzünü nədən?!
 
Vətənin eşqilə yanırdı bağrı,
O çox dərd edərdi, çəkərdi ağrı…
 
“-Müharibə bitmirsə yoxdu rahatlıq,
Biz gərək qoruyaq nə qədər sağıq!
Əgər ölərəmsə müqəddəs yolda-
Rəbbim seçər məni əməl nə olsa…”.
 
Atəşkəs dövründə doğulsa da o,
Qəlbində nifrətin yanırdı odu!
 
Xocalı naləsi sinə dağıydı,
Şuşanın həsrəti qəm oylağıydı.
Qubadlı, Zəngilan, Laçınım belə,
Nədən itiririk bu qədər elə…
 
Dərbəndin, Təbrizin Vətən səsini,
Kəlbəcər –Ağdamlı tarix dərsini,
Saldıqca yadına kövrəlirdi o,
Bir gün son qoyular, söyləyirdi o!
 
Könlündə yanırdı narahat ürək,
Yox idi Vətəndən özgə bir dilək!
 
Adına İbrahim demişdi ata,
Yoluna öyüdlər səpmişdi ana!
 
İbrahim hər elmə həvəs edirdi,
On iki yaşında “Quran” öyrəndi.
Mədrəsə təhsili ərəb dilindən,
Mənbələr söz açdı ötən elindən!
Baxdıqca tarixə, qərinələrə
Göynərdi ürəyi, niyə, bəs niyə…???
 
Hər işə düqqəti çox seçilirdi,
Zəhmət olan yerdən gül biçilirdi…
İdman yarışında öndə gedirdi.
Hər qalib yarışı sevinc verirdi.
 
Tanrının lütfündən o ucalırdı!
Tanıyan hər kəsdə sevgi qalırdı.
O qalib olduqca seçim yolunda,
Dincliyi yox idi Vətən adında.
 
Duyğular icində zaman keçirdi,
İbrahim könlündə hey düşünürdü…
 
Bitdi orta təhsil, tələbə oldu,
O, hər çətinliyiə qatlandı, durdu.
Oxudu, işlədi, düşünüb dərin,
Ona olan güvən itməsin yəqin.
 
“-Atama köməklik göstərməliyəm,
-Mən, ona əziyyət etməməliyəm”!
 
Təhsil bitdiyində…yeni bir sınaq.
Söylədi dostlara: -“ Mübariz olaq”!
 
“Vətənin əsgəri borcumuz qalıb,
Bu xidmət andımdır – Ruhumu alıb!
 
Xidməti şərəflə başa vurarıq,
Yurdumu, torpağı qorumalıyıq…
Bir istək bürüyüb köksümü tamam,
Məqsəd Vətəndirsə – verməyək aman!”
 
“-Qaçılmaz davada biz qalib olaq,
Yayılsın ellərə tezcə bu soraq!”
Gecə də, gündüz də fikrində sərhəd-
“Yurdumu şərəflə qoruyam gərək!”
 
Budur: son imtahan, bitir təhsili,
Nənələr nigaran… intizar eli.
Qayıdır rayona, dönür evinə,
İbrahim dəyişməz könül evilə.
 
Aviasiya Akademiyası-
İbrahim məzun-
Mühəndis adını qazanıb oğul.
 
Ana fəxr eyləyir öpür üzündən,
Nənələr sevinclə qol-boyun olur.
Bacının gözündə gülür arzular-
Atanın qəlbində intizar ağlar…
 
“-Gəlməyib hərbidən kiçik qardaşı,
İbrahim də gedir, çatıbdı yaşı…!
Neçə ildir arzu yol gəlir onla,
Ali təhsil çəkdi onu yoluna…
İndi artıq gedir Vətən çağırır,
Kaş ki, oğlum, sağ-salim qayıt”!
 
Atanın qəlbini sixan nə idi?
Nədən onun üçün nigaran idi…?
 
Bilmirdi nədəndi…kövrək duyğular,
Yamanca sıxırdı onu gümanlar…
 
İbrahim sevinir yola düşməyə,
Qəlbinin nisgilin kökdən silməyə…
 
Almadan əlinə o diplomunu,
Tələsdi Vətənə versin borcunu…
Dönərkən rayona əlində bayraq,
Çox sevincli idi, ruhunda yaraq!
Sevərək bayrağı aldı əlinə,
Öpdü, göz üstündə saxladı yenə.
Söyləd: -“Ay ana, bu əziz bayraq,
Mənə çox doğmadır, yaxşı saxla, bax”!
 
Sonra büründü o vətən eşqinə,
Bir neçə addım da yeridi elə…
Ana sevinirdi, baxıb oğluna,
Bilmirdi sonuncu baxışdır ona…
 
Bilirdi oğlunun cəsarəti var,
Seçdiyi yoluna sədaqəti var.
Ona örnək olan –“Mübarizi var!”
Qəlbində Vətənin həqiqəti var!
 
Beləcə xidmətə getdi İbrahim,
Vətən çağırışına yetdi İbrahim…
 
Altı ay idi xidmət edirdi,
Amma, sön həftəsi çox gərgin idi.
 
Ağdamda sərhəddə dayanaraq o,
Qoruyurdu yurdu ürəyin odu.
 
Pozulduqca atəşkəs, – cavab atəşi,
İbrahim düşmənə sərt cavab verdi.
 
Getdikcə fasilə olmadan belə,
Xain düşmən keçdi əks həmləyə..
 
Beləcə yurduna xoşbəxt sabahı,
Diləyən mərd oğul keçdi irəli.
Verdi layiq cavab xain dığaya,
Dedi: Bir də baxma bizim
Güllə yağışında qəfil, bircə an,
Susdu İbrahimin sonsuz diləyi…
Sanki dayandı an, həyat, bu cahan-
Vətən nalə etdi – Övladım dedi!
 
Ah…şəhid Qəhrəman, vətənsevərim,
Sən yurdun sorağı, ocaq istisi,
Gözü yolda qalan anan, el, oban-
Sənə cəsarətli övladım dedi!
 
O qanlı gecədə tarix yenə də,
Yazdı Şəhid adın salnaməsində…
 
19 yanvar günü, axşamdan belə,
Cəbhədə atəşkəs pozuldusa da,
Vətənin mərd əsgəri, cəsur, Qəhrəman-
Susdurmuş cavabla düşməni o an!.
 
Ana eşidəndə qəfil xəbəri,
Ürəyi şam oldu, yandı…kədəri…
Bitdi gözlərində sonsuz arzular…
Övladın itgisi sinə yaralar…
 
Düşündü … “Can balam, dediyin kimi,
Vətən oğlu oldun- amalın kimi!
Demişdin qisası biz almalıyıq.
O əsir yurdlara yol tapmalıyıq!
Ön xətdə olacam, arzumdur mənim,
Döyüşmək düşəydi bəxtimə mənim!
 
Könlündə haraydı sönmüş ocaqlar,
Ona qisas dedi – Şəhid oğullar!
Böyütsəm də səni min əziyyətlə,
Canım fəda olsun sən gedən yerə.
 
Sənin seçdiyin yol torpaq yoludur,
Bu yolun adı da sonsuz, uludur”!
 
Ananın gözündə yandı qığılcım,
Bitməz intiqamsız bu ağrım, acım…
“-Gərəksə, mən belə çıxaram yola,
Kəsilsin xəyanət, bitin bu dava…
Mərd oğul, seçdiyin Tanrı yoludur,
Haqqın qorunması imam yoludur!
 
Məkanın behiştdir, duyuram sənin,
Haqqa sığınanı – Haqq sevər yəqin”!
 
20 yanvar günü- matəm saatı…
Hər kəs pərişandı – söylənir asta.
Bilirsiniz?…
Şəhidimiz var…
Nə? Necə? Nə zaman?
Ay haray…19 yanvar gecəsi…
Xalq anım mərasimində-
Heç bitmir Şəhid izi…
Bilirik bitməyəcək…
Xəyanətkar düşmənin kökünü kəsməyincə!
Millət rahatlıq tapmaz…
Qarabağ gülməyincə,
Bayrağım yetməyincə…
Xalq ora köçməyincə…
 
İnanmasaq heç olmaz,
Alınacaq intiqam!!!
Bir gün zəfər çalacaq
Ordum qalib olacaq!!!
 
Qanlı Yanvar günündən
Ötdü iyirmi səkkiz il.
Yenə Şəhid verirdi
Vətənim sabah üçün.
Onu qoruyanların
Çiynindədir bu Vətən,
Bilənlər bilir bunu
Bilməyən bir də duysun,
Şəhidlər ölməmişdir, ölməyəcək heç zaman!!!
Doğulacaq zamanla!
Mələklər tək izləyər …
Yurdun aydın səmasın,
Göy üzündən səsləyər…
 
Gülərsə bu yurd, ocaq-
O zaman olacaq şad-
Alınacaq qısaslar,
Azadlığım, haqq səsim,
Bir gün xoşbəxt səhərim,
yaxındadır,
lap yaxında..
O şanlı zəfər səsim!
(son)
Share: