Nurgül Yeşilçay dostlarını sirlərini açmaqla hədələdi

“Sirr yükdür. Sən mənə pislik elə, mən də sənin sirr yükünü daşıyım? Yoxdur elə şey”.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay deyib.

O, sosial media hesabında canlı yayımda ikən dostlarının ona xəyanət etməsindən danışıb:

“Mənim sirr danışdığım insanlar var, onlar da həmçinin mənə öz sirlərini açıb danışdılar. Sonra da mənə pislik etdilər. Həmin adama səslənirəm, sənin bu hərəkətindən sonra mən daha o sirri saxlamaram. Çünki danışıb, yüngülləşirəm. Sənin yükünü niyə çəkim?”.


Share: