Nur-Sultan yenidən Astana adlandırılacaq

Qazaxıstan parlamenti konstitusiyaya dəyişikliklər barədə qanunu qəbul edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, sözügedən qanun birdəfəlik 7 il müddətə prezidentlik dövrünün tətbiq edilməsini və paytaxt Nur-Sultan şəhərinin adının əvvəlkitək Astana adlandırılmasını nəzərdə tutur.

Məlumata görə, deputatlar qanunun qəbul edilməsinə yekdilliklə səs veriblər.

Qeyd edək ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev 2019-cu il martın 23-ü Astana şəhərinin ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılması barədə sərəncam imzalayıb.


Share: