Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçildi

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, o, 7 namizəd arasından 321 səslə sədr seçilib.

Numan Kurtulmuş növbəti 5 il ərzində bu vəzifəni icra edəcək.

Qeyd edək ki, 63 yaşlı Numan Kurtulmuş 62, 63 və 64-cü hökumətlərdə Baş nazirin müavini vəzifəsini yerinə yetirib. 19 iyul 2017-ci ildə isə Mədəniyyət və Turizm Naziri olub. O, 2008-2010-cu illərdə Səadət Partiyasının, 2010-2012-ci illərdə isə Xalqın Səsi Partiyasının sədri olub.


Share: