Novruz tətili başlayır – Neçə gün istirahət edəcəyik?

Martın 20-dən Azərbaycanda Novruz tətili başlayır.

Müstəqil.Az-ın xəbərinə görə, Novruz bayramı ilə əlaqədar 7 gün iş olmayacaq.

Nazirlər Kabinetinin qərarına görə, tətil martın 20-dən 24-dək olan dövrü əhatə edir.

Əmək Məcəlləsinə əsasən, martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf edir. Bu səbəbdən beşgünlük iş həftəsində 25, 26 mart, altıgünlük iş həftəsində isə 25 mart tarixi istirahət günləridir.

 

Share: