Norveçdə gəmi qəzası təhlükəsi: 1300 sərnişin təxliyyə edilir

Norveçin qərb sahilləri yaxınlığında xilasetmə xidmətləri tərəfindən “Viking Sky” kruiz laynerinin 1,3 min sərnişini təxliyə edilir.

Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, sərnişinlərin təxliyə edilməsinə səbəb laynerin mühərrikində nasazlığın yaranması olub.

Qeyd edilir ki, hazırda layner Norveç sahilindən 5 kilometr aralıdadır. Hadisə yerinə bir neçə gəmi və helikopter göndərilib.

Məlumata görə, kruiz layneri Tromse şəhərindən Stavanger şəhərinə gedirmiş.

Share: