Norveç Tom Kruzun helikopterinə eniş izni vermədi

60 yaşlı amerikalı aktyor Tom Kruzun Norveçin Svalbard arxipelaqına helikopterlə enişinə icazə verilməyib.

Svalbard qubernatoru “Mission Impossible” franşizasının səkkizinci filminin çəkilişləri zamanı 30 helikopterin bölgəyə enməsinə qarşı çıxıb.

O, bəyan edib ki, bu, “Svalbardda faktiki olaraq toxunulmamış ətraf mühitə” zərər verə, insanlar və ya heyvanlar üçün lazımsız narahatlıq yarada bilər.

İşin koordinasiyasını həyata keçirən yerli istehsal şirkəti “PolarX” hökumətin qərarından şikayət edəcək, lakin şirkət ekoloji narahatlıq səbəbindən artıq çəkiliş üçün subsidiyalardan imtina edib.

Qeyd edək ki, Kruzun baş rolda olduğu yeni film 2024-cü ildə ekranlara çıxmağa hazırlaşır. Norveçin imtinası səbəbindən istehsal prosesi gecikə bilər.

Mənbə: gazeta.ru

Share: