Norveç ikili vətəndaşlığa icazə verdi

Norveçdə ikili vətəndaşlığa icazə verilib.

Publika.az xəbər verir ki, 1 yanvar 2020-ci il tarixindən etibarən Norveçdə ikili vətəndaşlıq almaq mümkün olacaq.

Bu barədə hökumətin rəsmi internet səhifəsindən açıqlama verilib.

 

Norveçdə ümumilikdə 10 il yaşamaq vətəndaşlığa keçmək üçün kifayət edir. Bu ölkədə dünyaya gələn uşaq isə ana və ya atasının norveçli olması təqdirində Norveç vətəndaşı sayılır.

Qeyd edək ki, Norveçdə ikili vətəndaşlıq qanunu 2016-cı ildə qüvvədən düşmüşdü.

 

Müstəqil.Az

Share: