Norveç Ermənistanda keçiriləcək boks üzrə dünya çempionatını boykot edəcək

Norveç Boks Federasiyası Rusiya və Belarusdan olan idmançıların iştirakı ilə əlaqədar 2023-cü il dünya çempionatını boykot edəcəyini elan edib.

Qərar təkcə idmançılar deyil, həm də hakimlər və digər rəsmi şəxslər tərəfindən icra ediləcək.

“Yaxın gələcəkdə biz nə Hindistanda (kişilər arasında) və Özbəkistanda (qadınlar arasında), nə də Ermənistanda keçiriləcək dünya çempionatlarında iştirak etməyəcəyik”, – deyə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2024-cü il Olimpiadasının da eyni səbəbdən mümkün boykotu gözlənilir.

Mənbə: life.ru

Share: