Nişanə Məmmədova: “Cəbhədəki yaralıları görəndə, atamı xatırladım”

8 Noyabrda Mədəniyyət TV-nin efirində aparıcı Bəhruz Niftəliyevin təqdimatında “O” verilişi təqdim olunub.

Kulis.az xəbər verir ki, verilişin qonağı şəhid Məhəmməd Məmmədovun qızı, Baş çavuş, əməliyyat tibb bacısı Nişanə Məmmədova olub.

Efir zamanı Nişanə Məmmədova ön cəbhədə xidmət etdiyi dövrlərdə yaşadığı ən çətin və maraqlı anlardan danışıb. O, bildirib ki, şəhid qızı olduğundan ən böyük arzusu ön cəbhədə xidmət etmək olub.


Share: