Niaqara şəlaləsi dondu – HEYRƏTAMİZ GÖRÜNTÜLƏR

Niaqara şəlaləsi ABŞ-ın şimal-şərqindəki güclü şaxtalar səbəbindən donub.

Müstəqil.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Elə soyuqdur ki, Niaqara şəlaləsinin adətən su püskürən hissələri donub.Turistlər gözəl görüntülərə heyrətləniblər”, – deyə telekanal qeyd edib.

Sinoptiklərin proqnozlarına görə, gələn həftə ABŞ-da və Kanadada daha güclü soyuqlar olacaq.

Share: