Netanyahu məhkəmə islahatlarını yaya qədər təxirə saldı

İsrailin Baş naziri Benyamin Netanyahu və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bazar ertəsi ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.

Məlumata görə, Ben-Qvirin rəhbərlik etdiyi Yəhudi Gücü Partiyası bildirib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmaq qərara alınıb.

Bunun müqabilində Netanyahu yeni güc strukturunun – Milli Qvardiyanın formalaşmasına razılıq verib. Qvardiya Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzarətinə veriləcək.

Qeyd edək ki, bundan əvvəl Ben-Qvir sözügedən layihənin təsdiqinin təxirə salınmasına qəti şəkildə qarşı çıxmışdı.

Mənbə: TASS

Share: