Nepalda 72 nəfərin olduğu təyyarə qəzaya düşdü

Nepalda 4-ü ekipaj üzvü olmaqla 72 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Yeti Hava Yollarına məxsus “ATR 72” tipli iki mühərrikli təyyarənin paytaxt Katmandudan yola düşdüyü bildirilib.

Hadisə nəticəsində ən azı 16 nəfərin öldüyünü bildirilir.

Dövlət televiziyası bəzi insanların cəsədlərinin qəza yerindən çıxarıldığını açıqlayıb.

Qəzadan sonra Nepalın Baş naziri Puşpa Kamal Dahal kabineti təcili iclasa çağırıb.


Share: