“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la oyuna hazırıq”

“Bütün oyunçularla birlikdə məşq edə bilmədik. Millidən qayıdan bəzi futbolçular bu gün məşqə qoşulublar. Bu gün tam heyətlə məşq etməli idik. Amma bunu sabah gerçəkləşdirəcəyik”.

Bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl klubun rəsmi televiziyasına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis oyun barədə inamlı olduğunu bildirib:

“Qarabağ”a qarşı oynayırıq. Hamı bu görüşə hazırdır. Motivasiya oyunun daxilindədir. Çox vacib qarşılaşma olacaq”.

Share: