“Neftçi” “Səbail”ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun növbəti qarşılaşması baş tutub.

“Qafqazinfo” xəbər verir ki, “Səbail” “Asco Arena”da “Neftçi”ni qəbul edib.

Görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıblar.

Qolları ikinci hissədə – 53-cü dəqiqədə Emin Mahmudov, 83-cü dəqiqədə isə Gilyerme Pato vurublar.

Bu nəticədən sonra xallarını 18-ə çatdıran “Neftçi” ilk pilləyə yüksəlib. “Səbail” isə 5 xalla 7-ci sırada qalıb.

Birinci oyununda “Sabah” “Turan Tovuz”a 3:1 hesabı ilə qalib gəlib.


Share: