Neftçalada ordu quruculuğu mövzusunda tədbir keçirildi — Fotolar

Neftçala rayonunda Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda rayon ictimaiyyətinin iştirakı ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdən öncə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilat rəhbərləri, müharibə iştirakçıları, şəhid ailələri, hərbi qulluqçular, digər ictimaiyyət nümayəndələri ilə Ümummilli Lider Heydər Əliyevin şəhər mərkəzində yerləşən abidəsi və şəhidlərin əziz xatirəsinə ucaldılan Şəhidlər abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb və ehtiramla yad edilib.

Tədbir Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan tədbirlə davam edib.

Tədbirdə Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən mühariəbəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun atası Vidadi İsmayılov, Hərbi Hava Qüvvələrinin mayoru Sabir Nəsirov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqın təkidilə yenidən hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğunda əvəzsiz rolu olduğunu, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbədən söz açaraq, Azərbaycan ordusunun gücündən, qüdrətindən danışıblar, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, qazilərə göstərilən dövlət qayğısına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tarixin bu gününün düşmənin qorxulu kabusuna çevrilən qüdrətli ordumuzun, yurdumuza azadlıq, xalqa fəxarət bəxş edən hünərli, şücayətli oğullarımızın günü olduğunu bildirib.

Sonda rayonun ictimai siyasi həyatında, o cümlədən hərbi xidmətləri zamanı fərqlənən bir qrup hərbi qulluqçulara Neftçala Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.


Share: