Nazirlik zəlzələ ilə bağlı İşçi Qrup yaratdı

Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb.

Bu barədə  Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrup adıçəkilən rayonlara ezam olunub.

Share: