Nazirlik son beş ildə MİQ vasitəsilə fəaliyyətə başlayan müəllimlərin sayını açıqlayıb

Elm və Təhsil Nazirliyi son 5 ildə müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) vasitəsilə pedaqoji fəaliyyətə başlayan müəllimlərin sayını açıqlayıb.

Nazirlikdən bildirilib ki, son 5 il ərzində 26 min 917 nəfər müəllimlərin işə qəbulu müsabiqəsindən keçərək fəaliyyətə başlayıb.

Onlardan 14 min 582 nəfəri ucqar bölgələrdə çalışır.

Share: