Nazirlərə koronadan öncəki şok xəbərdarlıq üzə çıxdı

Ötən il İngiltərədə nazirlərə böyük sosial və iqtisadi nəticələrə gətirib çıxaracaq virusa qarşı hazırlıqlı olmaları barədə xəbərdarlıq edilib.

Müstəqil.Az xəbər verir ki, bunu İngiltərənin “Qardian” qəzeti yayıb.

Qəzetə göndərilən gizli sənəddə bildirilir ki, virusdan onminlərlə insanın həyatını itirə biləcəyi, hökumətə virusun qarşını alması üçün lazım olan tədbirlər görməsi və bu tədbirləri görülməyəcəyi təqdirə baş verəcəklər haqda xəbərdarlıq edilib.

Virusun yüksək faizlə həm yoluxucu, həm də öldürücü olduğu qeyd edilən sənəddə hökumətə tövsiyələr arasında qoruyucu vasitələrin toplanması, digər əsas avadanlıqların alınması barədə müqavilələrin bağlanması və ölənlərin sayının həddindən artıq artması halında atılacaq addımların planının hazırlanması tövsiyə olunub.

Xaricdəki ingilislərə kömək etmək və ölkəyə geri gətirmək üçün planlar hazırlamaq da prioritet məsələlərdən biri kimi göstərilib.

Nərmin

Share: